Əsas məzmuna keç

Əcnəbi tələbələr partlayış nəticəsində yaralandılar

Əcnəbi tələbələr partlayış nəticəsində yaralandılar

Şəhər şosesi döngə 2, ev 8 ünvanında qaz sızması nəticəsində partlayış olub. Partlayışın təsirindən evin pəncərələri qırılıb, sanitar qovşağının tavanı...

Bakının Sabunçu qəsəbəsində baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" “”-ya istinadən xəbər verir ki, Şəhər şosesi 2, ev 8 ünvanında sızması nəticəsində partlayış olub.

Partlayışın təsirindən evin pəncərələri qırılıb, sanitar qovşağının tavanı çöküb. Hadisə zamanı olan Pakistan vətəndaşları - 1985-ci il təvəllüdlü Masih İmtiaz, 1988-ci il təvəllüdlü Ali Muhammed Faisal, Hindistan vətəndaşları - 1991-ci il təvəllüdlü Phulpreet Singh və 2002-ci il təvəllüdlü Prem Sagar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onların Odlar Yurdu Universitetinin tələbələri olduğu və həmin evdə kirayə yaşadıqları bildirilib. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…