Əsas məzmuna keç

Əcnəbi tələbələr partlayış nəticəsində yaralandılar

Əcnəbi tələbələr partlayış nəticəsində yaralandılar

Şəhər şosesi döngə 2, ev 8 ünvanında qaz sızması nəticəsində partlayış olub. Partlayışın təsirindən evin pəncərələri qırılıb, sanitar qovşağının tavanı...

Bakının Sabunçu qəsəbəsində baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" “”-ya istinadən xəbər verir ki, Şəhər şosesi döngə 2, ev 8 ünvanında sızması nəticəsində partlayış olub.

Partlayışın təsirindən evin pəncərələri qırılıb, sanitar qovşağının tavanı çöküb. Hadisə zamanı evdə olan Pakistan vətəndaşları - 1985-ci il təvəllüdlü Masih İmtiaz, 1988-ci il təvəllüdlü Ali Muhammed Faisal, Hindistan vətəndaşları - 1991-ci il təvəllüdlü Phulpreet Singh və 2002-ci il təvəllüdlü Prem Sagar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onların Odlar Yurdu Universitetinin tələbələri olduğu və həmin evdə kirayə yaşadıqları bildirilib. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…