Operativ Məlumat Mərkəzi

Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

1 dəq
Paylaş:
Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Dekabrın 16-sı saat 9:00-a olan faktiki hava açıqlanıb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib....

Dekabrın 16-sı saat 9:00-a olan faktiki hava açıqlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ölkə ərazisinin bəzi rayonlarında arabir yağıntılı olub, dağlıq ərazilərə qar yağıb.

Yağan qarın hündürlüyü Kəlbəcərdə 11, Xaltanda 8, Lazada (Qusar) 6, Daşkəsəndə 4, Rvarudda (Lerik) 1 sm-dir.

Düşən yağıntının miqdarı Lerikdə 7, Bakıda və Abşeron yarımadasında, eyni zamanda, Astara, Qusarda 3, Qubada 2, Xaltan, Şamaxı, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Qrız, Cəlilabad, Kəlbəcər, Laçın, Naxçıvanda 1 mm-dir.

Qrız, Sabirabad, Lerik, Naftalanda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 1 dərəcəyədək isti, Naxçıvan MR-da 8, dağlıq rayonlarda 5, yüksək dağlıq ərazilərdə isə 12 dərəcəyədək şaxta qeydə alınıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər