ABŞ-də epidemiya zamanı COVID-19 yardım fondundan 280 milyard dollardan çox vəsaitin oğurlandığı bildirilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Məlumatda hadisənin “ABŞ tarixinin ən böyük fırıldaqçılığı” olaraq qiymətləndirildiyi və bu məbləğin 280 milyard dollardan çoxunun oğurlandığı, 123 milyard dollardan çoxunun isə israf edildiyi bildirilib.
Qeyd edilib ki, bu məbləğ COVID-19 üçün ümumi yardımın 10 faizinə bərabərdir.