Çinin Təl-Əvivdəki səfirliyi Pekinin İrana hava hücumundan müdafiə sistemləri verməsi ilə bağlı xəbərləri təkzib edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Açıqlamada, Çinin İrana hava hücumundan müdafiə sistemləri verməsi xəbərinin doğru olmadığı bildirilib.
Pekinin müharibə edən ölkələrə "heç vaxt silah ixrac etmədiyi" iddia edilirdi.