Operativ Məlumat Mərkəzi

Çin Amerika filmlərinin nümayişini dayandıracaq

2 dəq
Paylaş:
Çin Amerika filmlərinin nümayişini dayandıracaq
bu barədə Çin Dövlət Kino Administrasiyası bəyanat yayıb. “ABŞ hökumətinin Çinə qarşı rüsumlardan sui-istifadə etməklə bağlı səhv təcrübəsi qaçılmaz...

Çin Vaşinqton və Pekin arasında ticarət müharibəsi fonunda Amerika filmlərinin nümayişini dayandırmağı planlaşdırır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Çin Dövlət Kino Administrasiyası bəyanat yayıb.

“ABŞ hökumətinin Çinə qarşı rüsumlardan sui-istifadə etməklə bağlı səhv təcrübəsi qaçılmaz olaraq çinli tamaşaçıların Amerika filmlərinə marağının daha da azalmasına gətirib çıxaracaq”, - nazirliyin bəyanatında deyilir.

“Biz bazar qaydalarına əməl edəcəyik, tamaşaçı seçimlərinə hörmətlə yanaşacağıq və idxal olunan Amerika filmlərinin sayını əsaslı şəkildə azaldacağıq”,- deyə məlumatda qeyd olunub.

ABŞ prezidenti Donald Tramp daha əvvəl Çin məhsullarına tətbiq edilən gömrük rüsumlarının 125 faizə qədər artırılacağını açıqlamışdı. Çin hökuməti aprelin 10-da ABŞ-dan idxal olunan mallara rüsumları 84%-ə qaldıracağını açıqlayıb. Bu tədbir Vaşinqtonun hərəkətlərinə cavab olaraq atılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər