Əsas məzmuna keç

Ceyhun Bayramov Türkmənistan xarici işlər naziri ilə telefon danışığı aparıb

Ceyhun Bayramov Türkmənistan xarici işlər naziri ilə telefon danışığı aparıb

8 may 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Türkmənistan Nazirlər kabinetinin sədr müavini, xarici işlər...

8 may 2025-ci il tarixində Respublikasının naziri Ceyhun Bayramovun Nazirlər kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov ilə baş tutub.

XİN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, nazirlər iki ölkə arasında mövcud gündəlik üzrə əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi ilə bağlı aktual məsələləri müzakirə ediblər. Nazirlər iki xalq arasında tarixən mövcud olan ənənəvi dostluq və qardaşlıq əlaqələrinin bundan sonra da Azərbaycan ilə Türkmənistan arasında tərəfdaşlıq münasibətləri zəminində daha da inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.

İki ölkə arasında əlaqələrin inkişafında dövlət başçıları səviyyəsində siyasi dialoqun, qarşılıqlı səfər mübadilələrinin, həmçinin XİN-lərarası məsləhətləşmələrin vacibliyi qeyd olunub.

Nazirlər, həmçinin regional , beynəlxalq təşkilatlar çərçivəsində, habelə Xəzər dənizi üzrə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Telefon danışığı zamanı, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…