Əsas məzmuna keç

Ceyhun Bayramov İraq Parlamentinin nümayəndə heyəti ilə görüşüb

Ceyhun Bayramov İraq Parlamentinin nümayəndə heyəti ilə görüşüb

Xarici işlər naziri Ceyhun Bayramov İraq Respublikası Nümayəndələr Şurasının (Parlament) üzvü Elşad Salihinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul...

naziri İraq Respublikası Şurasının (Parlament) üzvü Elşad Salihinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlikdən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, görüş zamanı Azərbaycan-İraq münasibətlərində son zamanlar artan dinamizm, bu xüsusda, cari ilin mart və iyul aylarında müvafiq olaraq, İraq Prezidenti və xarici işlər nazirinin Azərbaycana səfərləri və bu səfərlər çərçivəsində baş tutan ali və yüksək səviyyəli görüşlər məmnunluqla xatırlanıb.

ilə İraq arasında siyasi dialoqun, iqtisadi-ticarət əlaqələrinin, parlamentlərarası və regionlararası əməkdaşlığın və mədəni mübadilələrin davamlı şəkildə sürdürülməsinin önəmindən bəhs olunub.

Hər iki ölkədəki mövcud diplomatik təmsilçiliklərdən əlavə, mədəniyyət mərkəzləri vasitəsilə humanitar mübadilələrin təşviqinin xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına töhfə verə biləcəyi qeyd olunub.

Görüş zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…