Ceyhun Bayramov İraq Parlamentinin nümayəndə heyəti ilə görüşüb

Ceyhun Bayramov İraq Parlamentinin nümayəndə heyəti ilə görüşüb
27.10.2023 18:57
Aa
dəq

Xarici işlər naziri Ceyhun Bayramov İraq Respublikası Nümayəndələr Şurasının (Parlament) üzvü Elşad Salihinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlikdən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, görüş zamanı Azərbaycan-İraq münasibətlərində son zamanlar artan dinamizm, bu xüsusda, cari ilin mart və iyul aylarında müvafiq olaraq, İraq Prezidenti və xarici işlər nazirinin Azərbaycana səfərləri və bu səfərlər çərçivəsində baş tutan ali və yüksək səviyyəli görüşlər məmnunluqla xatırlanıb.

Azərbaycan ilə İraq arasında mövcud siyasi dialoqun, iqtisadi-ticarət əlaqələrinin, parlamentlərarası və regionlararası əməkdaşlığın və mədəni mübadilələrin davamlı şəkildə sürdürülməsinin önəmindən bəhs olunub.

Hər iki ölkədəki mövcud diplomatik təmsilçiliklərdən əlavə, mədəniyyət mərkəzləri vasitəsilə humanitar mübadilələrin təşviqinin xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına töhfə verə biləcəyi qeyd olunub.

Görüş zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Həftənin ən çox oxunanları

Azərbaycanın nümayəndə heyəti BMT-nin sammitində iştirak edir

Azərbaycanın nümayəndə heyəti BMT-nin sammitində iştirak edir
DAVAMIN OXU davamın oxu

Ceyhun Bayramov ABŞ-yə gedib

Ceyhun Bayramov ABŞ-yə gedib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Malini təbrik edib

Azərbaycan XİN Malini təbrik edib
DAVAMIN OXU davamın oxu

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu