Əsas məzmuna keç

Çanaqqalada meşə yanğınları davam edir

Çanaqqalada meşə yanğınları davam edir

son məlumatlara görə, artıq Yunanıstanla sərhəddə yerləşən 9 kənd boşaldılıb. Yanğın ümumilikdə 1500 ha ərazini əhatə edir. Ölkənin səhiyyə naziri...

Türkiyənin Çanaqqala vilayətində yanğını ilə mübarizə davam edir.

"Operativ Məlumat Mərkəzi-OMM" KİV-ə istinadən xəbər verir ki, son məlumatlara görə, artıq Yunanıstanla sərhəddə 9 boşaldılıb.

Yanğın ümumilikdə 1500 ha ərazini əhatə edir.

Ölkənin səhiyyə naziri Fəxrəddin Qoca Çanaqqalada yanğın nəticəsində ümumilikdə 83 nəfərin zərər çəkdiyini açıqlayıb.

Nazir qeyd edib ki, zərərçəkənlərdən 14-ü hadisə yerinə təyin edilmiş təcili yardım maşınları ilə xəstəxanalara çatdırılıb, 48 nəfər isə xəstəxanalara yerləşdirilib.

Bundan başqa, 21 nəfərin təcili yardım maşınları ilə ambulator müayinəsi aparılıb.

Qeyd edək ki, hadisə bölgəsinə 8 təyyarə, 26 helikopter, 71 su tankeri və 328 ədəd digər vasitələr cəlb edilb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…