Əsas məzmuna keç

"Bu sual ritorik deyil və cavabı hamıya aydındır"

"Bu sual ritorik deyil və cavabı hamıya aydındır"

bu sözləri XİN rəsmisi Mariya Zaxarova deyib. “Kiyev rejimi, müasir Ukrayna ərazisində yerləşən mədəni dəyərləri talamaqdan çəkinmir, onları guya...

"Kiyev Qərbdən silahların qarşılığını hətta ölkənin irsi ilə ödəməyə hazırdır".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri XİN rəsmisi Mariya Zaxarova deyib.

“Kiyev rejimi, müasir ərazisində yerləşən mədəni dəyərləri talamaqdan çəkinmir, onları guya xilasetmə əməliyyatı adı altında xaricə çıxarır. Məsələn, 2023-cü ildə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narişkin Kiyevo-Peçersk Lavrasından müqəddəs əşyaların Avropa muzeylərinə ötürülməsi üçün çıxarılmasına hazırlıq görüldüyünü bildirmişdi. Halbuki o vaxtk Ukraynanın mədəniyyət naziri Aleksandr Tkaçenko heç bir dini-mədəni dəyərin ölkəni tərk etməyəcəyini deyirdi. Lakin 2023-cü ildə Ukraynadan Avropaya çox sayda eksponat və ikona aparılıb və bu gün onlar Luvr da daxil olmaqla bir sıra muzeylərdə sərgilənir", - o qeyd edib.

"Bu və digər mədəni dəyərlər geri qayıdacaqmı, yoxsa, adət etdiyimiz kimi, ‘kolonial dövlətlərin’ muzeylərindəmi qalacaq? Bu sual deyil və cavabı hamıya aydındır – Kiyev rejimi Qərbdən aldığı silahlar üçün hətta milli kimlik formalaşdıran mədəni irslə belə hesablaşmağa hazırdır. Halbuki Zelenski bu irsin silinməsi məsələsində daim Rusiyanı ittiham edir", - Zaxarova əlavə edib

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…