Əsas məzmuna keç

Bu gün İranda prezident seçkilərinin ikinci turu keçiriləcək

Bu gün İranda prezident seçkilərinin ikinci turu keçiriləcək

prezidentlik uğrunda 2 azərbaycanlı namizəd - islahatçı Məsud Pezeşkiyan və mühafizəkar Səid Cəlili mübarizə aparacaqlar. Pezeşkian seçkilər öncəsi...

Bu gün İranda seçkilərinin ikinci turu keçiriləcək, məntəqələri vaxtla saat 08:00-da açılacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, prezidentlik uğrunda 2 azərbaycanlı namizəd - islahatçı Məsud Pezeşkiyan və mühafizəkar Səid Cəlili mübarizə aparacaqlar.

Pezeşkian seçkilər öncəsi verdiyi son açıqlamalarda ölkədə etnik və məzhəb ayrı-seçkiliyi və məcburi hicab problemi də daxil olmaqla qadın azadlığı probleminin həlli ilə bağlı vədləri ilə diqqət çəkib.

O, insanlara daha çox azadlıq verilməsini dəstəkləyib və birlik və həmrəyliklə idarə edəcəyinə söz verib.

Mühafizəkarların namizədi Səid Celili isə seçki kampaniyasının son mitinqində millətin maraqlarını qətiyyətlə müdafiə edəcəklərini və həm daxili korrupsiyaya, həm də xarici təzyiqlərə qarşı duracaqlarını bildirib.

O, helikopter qəzasında həlak olan keçmiş prezident Rəisinin yolunu davam etdirəcəyini qeyd edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…