Operativ Məlumat Mərkəzi

Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirdi

1 dəq
Paylaş:
Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirdi
bu barədə Böyük Britaniya Xarici İşlər və Birlik Nazirliyinin dərc etdiyi yenilənmiş sanksiyalar siyahısında qeyd olunub. Gürcü biznesmen Levan Vasadze...

Böyük Britaniya Rusiyanın IT şirkəti "Aeza Group" və helikopter şirkəti "HeliCo Group"a qarşı sanksiyalar tətbiq edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər və Birlik Nazirliyinin dərc etdiyi yenilənmiş sanksiyalar siyahısında qeyd olunub.

Gürcü biznesmen Levan Vasadze və Gürcüstanın keçmiş baş prokuroru Otar Partsxaladzeyə də məhdudiyyətlər qoyulub.

Onlar Rusiyanın Ukraynadakı hərəkətlərini dəstəkləməkdə ittiham olunurlar. Bu şəxslərin hamısının Böyük Britaniyaya girişi qadağan edilib və aşkar edilərsə, onların Britaniya banklarındakı hesabları dondurulacaq.

Bundan əlavə, Britaniyanın qara siyahısına Rusiya neftini Gürcüstanın Batumi limanına çatdırdığı iddia edilən iki tanker də var.

Bu xəbəri paylaş

Oxşar xəbərlər