Əsas məzmuna keç

“Bravo”nun atışma baş verən filialı fəaliyyətini DAYANDIRDI

“Bravo”nun atışma baş verən filialı fəaliyyətini DAYANDIRDI

“Dərin təəssüf hissi ilə bildiririk ki, 04.03.23 tarixində Xətai rayonu, Əhmədli metrostansiyası yaxınlığında BRAVO hipermarketin girişində, müxtəlif banklara məxsus bankomatların və ödəniş terminallarının yerləşdiyi hissədə inkassasiya heyətinə silahlı hücum olub. Hadisə nəticəsində bir nəfər vəfat edib, iki nəfər yaralanıb”.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu məlumatı “Bravo” hipermarketlər şəbəkəsi yayıb:

Baş vermiş insidentlə bağlı Baş Prokurorluq tərəfindən hadisə yerində araşdırma aparılır.

Bu səbəbdən Əhmədli yaxınlığında yerləşən BRAVO müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Hipermarketin iş qrafiki barəsində əlavə məlumat veriləcək.

BRAVO hipermarket hadisədən mənəvi sarsıntı keçirən insanların qayğısına qalır və insidentin araşdırılması ilə bağlı hüquq-mühafizə orqanları ilə sıx edir.

Qeyd edək ki, hadisə nəticəsində Bravo müştəri və əməkdaşlarından xəsarət alan olmayıb.

Qeyd olunan faktla bağlı bütün əlavə məlumatlar Baş Prokurorluğun Xidmətindən ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.

Hadisədə qətlə yetirilən Həsənov Rüfətin ailəsinə dərin hüznlə başsağlığı verir, yaralananların isə tezliklə sağalmasını diləyirik.

Müəllif

Sosial məsələlər müxbiri

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…