Əsas məzmuna keç

BQXK Bakıda həbsdə olan separatçılara baş çəkib

BQXK Bakıda həbsdə olan separatçılara baş çəkib

Xaç Komitəsinin (BQXK) əməkdaşları yanvar ayının sonu və fevral ayının əvvəllərində tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə yenidən baş çəkiblər.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-in sorğusuna cavab olaraq qurumdan bildirilib.

Məlumata görə, şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqəsi üçün yaradılıb.

Mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…