Birləşmiş Millətlər Təşkilatından (BMT) verilən açıqlamada, İsrailin hücumu nəticəsində Qəzzanın qərbinə yardım materiallarının daşınması zamanı yüzlərlə insanın ölməsi və yaralanmasının dəhşətli olduğu bildirilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
BMT baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə hallar üzrə koordinatoru Martin Qriffits verdiyi yazılı açıqlamada, “Bu gün Qəzzanın qərbinə yardımların daşınması zamanı yüzlərlə insanın öldüyü və yaralandığı barədə xəbərlərdən dəhşətə gəldim. Təxminən beş aya yaxın amansız döyüşlərdən sonra belə Qəzza bizi şoka salmaq qabiliyyətinə malikdir”, - deyə əlavə edib.
BMT: "Qəzzanın qərbində yüzlərlə insanın öldürülməsi ilə bağlı xəbərlər dəhşətlidir"
Oxşar xəbərlər
Eyni mövzuda
Daha çox: Digər
Digər
Tramp: İran ya danışıqlara gedəcək, ya da görünməmiş problemlərlə üzləşəcək
Digər
Tramp: İrandakı nüvə materiallarının çıxarılması çətin proses olacaq
Digər
ABŞ-İran danışıqlarında kritik mövzular: Hörmüz boğazı “qırmızı xətt”ə çevrilir
Digər