Əsas məzmuna keç

Belçika XİN başçısı: “Belçika Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır”

Belçika XİN başçısı: “Belçika Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır”

bunu Belçikanın xarici işlər naziri Hadja Lahbib Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşündən sonra keçirilən mətbuat...

“Belçika Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Belçikanın naziri Lahbib Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşündən sonra keçirilən konfransında deyib.

Onun sözlərinə görə, görüş mühüm məsələlərin müzakirəsi üçün əla fürsətdir.

Görüş zamanı onlar ikitərəfli əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər. "Biz bu əlaqələrin dərinləşməsini istəyirik", - H.Lahbib əlavə edib.

O bildirib ki, Belçika iki ölkə arasında işgüzar əlaqələrin, eləcə də Azərbaycanda Belçika şirkətlərinin sayının artırılmasına tərəfdardır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…