Operativ Məlumat Mərkəzi

Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb

2 dəq
Paylaş:
Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb
Hövsan, Mərdəkan və Şüvəlan qəsəbələrində yeni avtobus marşrutları işə salındı. Mobillik transformasiyası.

Azərbaycanda mobilliyin transformasiyası proqramı çərçivəsində yeni şəbəkəsinin tətbiqinə başlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Rəqəmsal İnkişaf və Nazirliyindən bildirilib.

İlk olaraq marşrut şəbəkəsinin Hövsan, və Şüvəlan qəsəbələrinə fəaliyyət göstərəcək 5 yeni marşrut üzrə tətbiqi nəzərdə tutulur. Bu məqsədlə Hövsan qəsəbəsi (MİDA) – “28 May” istiqaməti üzrə 120, Hövsan qəsəbəsi (Mərkəz) – “28 May” metro stansiyası istiqaməti üzrə 120E, Hövsan qəsəbəsi (MİDA) – Əhmədli metro stansiyası istiqaməti üzrə 121E, Şüvəlan qəsəbəsi – “Koroğlu” metro stansiyası istiqaməti üzrə 140, Mərdəkan qəsəbəsi – “Koroğlu” metro stansiyası istiqaməti üzrə 140E nömrəli müntəzəm və ekspres marşrutları müsabiqəyə təqdim edilib. Ekspres marşrutlar sərnişin daşımalarının daha sürətli təmin edilməsinə şərait yaradacaq. Təşkil ediləcək marşrut şəbəkəsində yeni nömrələmə tətbiq ediləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax