Əsas məzmuna keç

Bakıda iki marşrut xətti üzrə avtobus parkı yenilənib

Bakıda iki marşrut xətti üzrə avtobus parkı yenilənib

161 və 162 nömrəli marşrutlar üzrə sərnişindaşıma xidməti müasir avtobuslarla həyata keçirilir.

en ru

Bakı şəhərində ictimai nəqliyyatın keyfiyyətinin artırılması istiqamətində görülən işlər çərçivəsində iki xəttində avtobuslar yenilənib. Söhbət və Suraxanı qəsəbələrini birləşdirən 161 nömrəli, həmçinin Ramana yaşayış kompleksini "Koroğlu" Mübadilə Mərkəzi ilə 162 nömrəli marşrutlardan gedir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, iyunun 1-dən etibarən hər iki xətt üzrə müasir standartlara cavab verən avtobuslar sərnişinlərin istifadəsinə verilib.

Yenilənmiş marşrutların fəaliyyəti ilə bağlı digər detallar aşağıdakı kimidir:

  • 161 nömrəli marşrut: 10 ədəd avtobusla xidmət göstərir.
  • 162 nömrəli marşrut: 9 ədəd avtobusla fəaliyyət göstərir.
  • İnterval: Hər iki marşrut üzrə avtobuslar 9-10 dəqiqəlik intervalla hərəkət edir.

Qeyd edək ki, sözügedən marşrutlarda ödənişlər nağdsız qaydada həyata keçirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…