Əsas məzmuna keç

Bakıda İslam Səfərli küçəsində içməli su və kanalizasiya xətləri yenilənir

Bakıda İslam Səfərli küçəsində içməli su və kanalizasiya xətləri yenilənir

Bakının Fəvvarələr meydanı və Qış Parkı ətrafındakı ərazidə piyadaların sərbəst və rahat hərəkət etməsi üçün piyada zonalarının yaradılması və geniş...

Bakının və Qış ətrafındakı ərazidə piyadaların və rahat hərəkət etməsi üçün piyada zonalarının yaradılması və geniş abadlıq-quruculuq işləri davam etdirilir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.

Bu çərçivədə Xidmət tərəfindən Yasamal rayonu İslam Səfərli küçəsində içməli su və tullantı su xətlərinin yenilənməsi işləri aparılır.

Layihə üzrə müxtəlif diametrli içməli su və kanalizasiya xətləri inşa edilir. Görülən işlər çərçivəsində diametri 63, 110, 280, 400, 300 millimetrlik köhnəlmiş borular yeniləri ilə əvəzlənib.

Ümumilikdə 967 metr içməli su , 493 metr kanalizasiya xətti dəyişdiriləcək. İşlər yaxın günlərdə yekunlaşdırılacaq.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…