Operativ Məlumat Mərkəzi

Bakıda İslam Səfərli küçəsində içməli su və kanalizasiya xətləri yenilənir

1 dəq
Paylaş:
Bakıda İslam Səfərli küçəsində içməli su və kanalizasiya xətləri yenilənir
Bakının Fəvvarələr meydanı və Qış Parkı ətrafındakı ərazidə piyadaların sərbəst və rahat hərəkət etməsi üçün piyada zonalarının yaradılması və geniş...

Bakının Fəvvarələr meydanı və Qış Parkı ətrafındakı ərazidə piyadaların sərbəst və rahat hərəkət etməsi üçün piyada zonalarının yaradılması və geniş abadlıq-quruculuq işləri davam etdirilir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.

Bu çərçivədə Xidmət tərəfindən Yasamal rayonu İslam Səfərli küçəsində içməli su və tullantı su xətlərinin yenilənməsi işləri aparılır.

Layihə üzrə müxtəlif diametrli içməli su və kanalizasiya xətləri inşa edilir. Görülən işlər çərçivəsində diametri 63, 110, 280, 400, 300 millimetrlik köhnəlmiş borular yeniləri ilə əvəzlənib.

Ümumilikdə 967 metr içməli su xətti, 493 metr kanalizasiya xətti dəyişdiriləcək. İşlər yaxın günlərdə yekunlaşdırılacaq.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər