Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ADSEA qəzalı kollektoru təmir edir

2 dəq
Paylaş:
ADSEA qəzalı kollektoru təmir edir

Bakının Xətai rayonu, Rəşid küçəsində üzərində tikilən evlər səbəbindən çökən 1200 mm diametrli tullantı su kollektorunda təcili təmir- işləri davam etdirilir.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”Dövlət Su Ehtiyatları Agentliyinin () tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

Qəzalı Kollektor 9 Metr Dərinlikdə Necə Bərpa Olunur?

Məlumata görə, kollektor üzərindəki işlər Agentliyin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti tərəfindən icra olunur. Ətrafda tədbirləri görülüb, mühafizə bəndləri qurulub. Geniş ərazini əhatə edən 9 metr dərinlikdə xəndək qazıldıqdan sonra kollektorun qəzalı hissəsini aşkara çıxarmaq mümkün olub və həmin hissə yenisi ilə əvəzlənəcək.

Tikinti-bərpa işlərinin səmərəli icrasına nail olmaq məqsədilə yaradılan qərargaha ADSEA sədri Zaur Mikayılov edir.

Təhlükəli Ərazidəki Köhnə Borular Necə Yeniləndi?

Xatırladaq ki, həmin ünvanda evlərin altında qalan 500 millimetrlik çuqun xəttin 100 metr hissəsi polietilen boru ilə əvəzlənərək yeri dəyişdirilib. Qəzalı vəziyyətdə olan evin altında qalan 100 və 150 millimetrlik köhnə polad borular da ləğv edilərək, diametri 110 və 160 millimetrlik yeni polietilen borularla əvəz olunub. Qəza ehtimalının artması səbəbindən indiki hadisədən öncə sakinlərə xəbərdarlıq edilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax