Əsas məzmuna keç

Bakıda Azərbaycan və Qazaxıstan hərbi nümayəndə heyətləri görüşüb

Bakıda Azərbaycan və Qazaxıstan hərbi nümayəndə heyətləri görüşüb

bu barədə Müdafiə Nazirliyindən bildirilib. Qonaqlar əvvəlcə Şəhidlər xiyabanını ziyarət ediblər. Səfər çərçivəsində nümayəndə heyəti Müdafiə...

Azərbaycanla respublikalarının Müdafiə nazirlikləri arasında 2025-ci il üçün ikitərəfli planına əsasən, Qazaxıstan Respublikasının Baş rəisinin müavini - Milli Müdafiə İdarəetmə Mərkəzinin rəisi general-mayor Fayzulla Badenovun rəhbərlik etdiyi ölkəmizə səfər edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qonaqlar əvvəlcə Şəhidlər xiyabanını ziyarət ediblər.

Səfər çərçivəsində nümayəndə heyəti Müdafiə Nazirliyinin Döyüşü İdarəetmə Mərkəzində, Hava və Hərbi Dəniz Qüvvələrinin Komanda məntəqələrində olub.
Qonaqlara qoşunların gündəlik fəaliyyəti, böhran və fövqəladə hallar zamanı idarə olunması üzrə brifinq təqdim edilib, nümayəndə heyətini maraqlandıran suallar cavablandırılıb.
Keçirilən görüşlərdə bu cür qarşılıqlı səfərlərin iki ölkə arasında hərbi əməkdaşlığın inkişafında mühüm rol oynadığı qeyd olunub.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…