Operativ Məlumat Mərkəzi

Azərbaycan-Rusiya münasibətləri inkişaf edir - RƏY

3 dəq
Paylaş:
Azərbaycan-Rusiya münasibətləri inkişaf edir - RƏY
Oktyabrın 8-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü olub. Görüşlə...

Oktyabrın 8-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü olub.

Görüşlə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə fikirlərini bildirən Sosial Tədqiqatlar Mərkəzinin (STM) mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli bildirib ki, indiki kontekstdə Rusiyanın iki hədəfi var ki, bunlardan biri sülh müqaviləsinin imzalanması və regionda kommunikasiyaların açılmasıdır. Ancaq görünən odur ki, iki ölkə rəhbərinin nəzərdə tutulmuş görüşü reallaşmadısa, bu, Ermənistana görə baş vermiş durumdur. Xüsusilə də, Azərbaycan-ABŞ münasibətləri son zamanlar kəskinləşir, bu da Qərbin Azərbaycana təzyiqinin sülh müqaviləsini Qərbdə imzalamaq fikri ilə əlaqədardır.

Əziz Əlibəyli: Avropa İttifaqı Amerikanın əlehinə olan təşkilatdır

Siyasi-ekspert indiki vəziyyətdə bu məsələlərdə ciddi bir irəliləyişin olduğunu görmədiyini, ancaq təşəbbüsün də təxirə düşmədiyini qeyd edib. Ə.Əlibəyli bildirib ki, əgər təşəbbüs bizim bölgədə, regionda qalırsa, təbii ki, Zəngəzur məsələsinin müzakirə olunması da gündəmdədir. Qarşıdan COP-29 gəlir, bu çərçivədə Ermənistanın Azərbaycanla sülh müqaviləsi bağlamağa cəhd etməsi də, başa düşüləndir. Ancaq bu sülh müqaviləsi Ermənistan sülh müqaviləsidirsə, Azərbaycanın da ona razı olmaması təbiidir.

“Bu görüşlərdə əsas məsələlərdən biri, yekun nəticəyə nail olmaq idi. Ancaq belə görünür ki, Ermənistanın dağıdıcı addımı bunlara imkan vermir”, - deyə şərhçi vurğulayıb.

Digər həmsöhbətimiz, millət vəkili Ceyhun Məmmədov bildirib ki, prezidentin bu görüşü xüsusi önəm və əhəmiyyət daşıyır.

Deputat Ceyhun Məmmədovun atası vəfat etdi

“Azərbaycan MDB dövlətləri ilə, eyni zamanda Rusiya ilə sıx əlaqələrə malikdir. Bu gün bu əlaqələrin inkişafında həm cənab prezidentin, həm də Rusiya prezidentinin böyük rolu və xidmətləri var. Bu görüşdə Zəngəzur dəhlizi ilə də geniş müzakirələr aparıldı. Biz artıq deyə bilərik ki, Azərbaycan-Rusiya münasibətləri daha da sürətlə inkişaf edir, yeni bir mərhələyə qədəm qoyur və bu da ikitərəfli əlaqələrin nə qədər önəmli, əhəmiyyət kəsb etdiyini göstərir”, - deyə deputat qeyd edib.

Aminə Nəzərova

Bu xəbəri paylaş

Oxşar xəbərlər