Əsas məzmuna keç

Avtomobilləri qaçıran şəxslər saxlanılıb

Avtomobilləri qaçıran şəxslər saxlanılıb

Bakıda və Sumqayıtda avtomobilləri qaçıran şəxslər saxlanılıb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən...

Bakıda və Sumqayıtda avtomobilləri şəxslər saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin xidmətindən məlumat verilib.

Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisindən “BMW” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Sabunçu Rayon İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Nəsimi rayonu ərazisində tapılıb.

Davam etdirilən tədbirlərlə vasitəsini qaçırmaqda şübhəli Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cavid Ağayev müəyyən olunaraq saxlanılıb.

Eyni zamanda Sumqayıt şəhəri ərazisindən isə “Toyota” markalı avtomobilin qaçırılması barədə Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Rəşad Xəlilov iyunun 4-də həmin avtomobili idarə edərkən saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…