Operativ Məlumat Mərkəzi

Dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılıb

1 dəq
Paylaş:
Dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılıb
{"az":"Dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılıb.Bu barədə \"Operativ Məlumat Mərkəzi-OMM\"-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.Qeyd edilib ki,...","en":"","ru":""}

Dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, polis əməkdaşlarının yanvarın 9-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Bildirilib ki, ötən gün ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Həmçinin atarışda olduğuna görə ümumilikdə 84, o cümlədən borclu şəxs qismində axtarışda olan 61 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər