Avstraliyanın Melburn şəhərindəki donuz əti emalı zavodunda karbonmonoksit sızması baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "9News" portalı məlumat yayıb.
İlkin məlumatlara görə, dəm qazı sızması ət konservi avadanlıqlarından baş verib.
"Melburnun qərbindəki donuz əti emalı zavodunda dəm qazı sızması nəticəsində 21 nəfər xəstəxanaya çatdırılıb", - məlumatda deyilir.