Operativ Məlumat Mərkəzi

Avropa ölkələri Ukrayna danışıqlar masasında yer tələb edir

1 dəq
Paylaş:
Avropa ölkələri Ukrayna danışıqlar masasında yer tələb edir
bu barədə xarici KİV məlumat yayıb. "Biz amerikalı müttəfiqlərimizlə Ukraynadakı münaqişənin həlli üçün gələcək addımlar atmağı səbirsizliklə gözləyirik....

“Veymar üçbucağı+” formatında (Fransa, Polşa, Almaniya, İtaliya, İspaniya, Böyük Britaniya, Ukrayna və Avropa Komissiyası) xarici işlər nazirliklərinin rəhbərlərinin birgə bəyanatına əsasən, Avropa ölkələri Ukraynadakı münaqişənin həlli üçün mümkün danışıqlarda iştirak etməlidir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

"Biz amerikalı müttəfiqlərimizlə Ukraynadakı münaqişənin həlli üçün gələcək addımlar atmağı səbirsizliklə gözləyirik. Bizim ümumi məqsədimiz Ukraynanın mövqeyini gücləndirmək olmalıdır. Ukrayna və Avropa bütün danışıqlarda iştirak etməlidir", - Fransa Xarici İşlər Nazirliyinin saytında dərc olunan sənəddə deyilir.

Xarici işlər nazirləri vurğulayıblar ki, Ukraynada ədalətli və davamlı sülh davamlı transatlantik təhlükəsizlik üçün zəruri şərtdir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər