Əsas məzmuna keç

“Arsenal”ın hədəfi: Britaniyalı futbolçu

“Arsenal”ın hədəfi: Britaniyalı futbolçu

klub rəhbərliyi “topçular”ın hazırkı uğurlu çıxışının və gələn mövsümdən UEFA Çempionlar Liqasına vəsiqə qazanmasının 24 yaşlı futbolçunun keçidinə...

” yayda “Vest Hem”in yarımmüdafiəçisi Raysı transfer etməyi hədəfləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" "Evening Standard"-a istinadən xəbər verir ki, klub rəhbərliyi “topçular”ın uğurlu çıxışının və gələn mövsümdən UEFA Çempionlar Liqasına vəsiqə qazanmasının 24 futbolçunun keçidinə müsbət təsir göstərəcəyini düşünür.

“Çəkicdöyənlər” Raysın transferindən mümkün qədər çox pul qazanmaq istəyir. Daha sonra onlar “Brayton”dan Moyses Kaysedonun, “Borussiya”dan (Dortmund) Çud Bellingemin və “Çelsi”dən Enzo Fernandesin keçidini rəsmiləşdirməyə çalışacaq.

Deklan Rays 2017-ci ilin yayından “Vest Hem”in əsas komandasının formasını geyinir. Onun klubla hazırkı müqaviləsi 2024-cü ilin iyununa qədərdir.

O, cari mövsümdə təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 34 oyuna çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.

Müəllif

İqtisadiyyat üzrə jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…