“Arsenal”ın hədəfi: Britaniyalı futbolçu

“Arsenal”ın hədəfi: Britaniyalı futbolçu
31.03.2023 13:00
Aa
dəq

“Arsenal” yayda “Vest Hem”in yarımmüdafiəçisi Deklan Raysı transfer etməyi hədəfləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" "Evening Standard"-a istinadən xəbər verir ki, klub rəhbərliyi “topçular”ın hazırkı uğurlu çıxışının və gələn mövsümdən UEFA Çempionlar Liqasına vəsiqə qazanmasının 24 yaşlı futbolçunun keçidinə müsbət təsir göstərəcəyini düşünür.

“Çəkicdöyənlər” Raysın transferindən mümkün qədər çox pul qazanmaq istəyir. Daha sonra onlar “Brayton”dan Moyses Kaysedonun, “Borussiya”dan (Dortmund) Çud Bellingemin və “Çelsi”dən Enzo Fernandesin keçidini rəsmiləşdirməyə çalışacaq.

Deklan Rays 2017-ci ilin yayından “Vest Hem”in əsas komandasının formasını geyinir. Onun klubla hazırkı müqaviləsi 2024-cü ilin iyununa qədərdir.

O, cari mövsümdə Premyer Liqa təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 34 oyuna çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.

Həftənin ən çox oxunanları

Türkiyə Super Liqası: "Qalatasaray" bu gün səfərdə "Fənərbağça" ilə üz-üzə gələcək

Türkiyə Super Liqası:
DAVAMIN OXU davamın oxu

Azərbaycan Premyer Liqasında bu gün daha bir oyun baş tutacaq

Azərbaycan Premyer Liqasında bu gün daha bir oyun baş tutacaq
DAVAMIN OXU davamın oxu

Qurban Qurbanovun əhvalını korladı, sevinci uzun çəkmədi, qovuldu!

Qurban Qurbanovun əhvalını korladı, sevinci uzun çəkmədi, qovuldu!
DAVAMIN OXU davamın oxu

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub
DAVAMIN OXU davamın oxu

“İmarət” stadionunun təməli qoyulub

“İmarət” stadionunun təməli qoyulub
DAVAMIN OXU davamın oxu