Əsas məzmuna keç

UEFA Çempionlar Liqasında çempionun adı Budapeştdə bəlli olacaq

UEFA Çempionlar Liqasında çempionun adı Budapeştdə bəlli olacaq

Final qarşılaşmasında PSJ və "Arsenal" komandaları üz-üzə gələcəklər. Görüş Macarıstanın paytaxtındakı "Puşkaş Arena"da keçiriləcək.

en ru

UEFA Çempionlar Liqasında mövsümün bu gün keçiriləcək final matçından sonra müəyyənləşəcək. Həlledici görüşdə Fransa təmsilçisi PSJ və İngiltərənin "" klubu qarşılaşacaq.

Macarıstanın paytaxtı Budapeştdə və 67 min tamaşaçı tutumuna malik "Puşkaş Arena"da baş tutacaq matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Qarşılaşmanı idarə etmək almaniyalı FİFA referisi Zibertə həvalə olunub.

PSJ üçün bu, tarixində sayca 3-cü Çempionlar Liqası finalı olacaq. Fransa klubu 2020-ci ildə "Bavariya"ya 0:1 hesabı ilə məğlub olsa da, ötən mövsüm İtaliyanın "İnter" komandasını 5:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub. "Arsenal" isə 2006-cı ildən sonra ilk dəfə finala yüksəlib. London təmsilçisi 20 il əvvəlki həlledici oyunda "Barselona"ya 1:2 hesabı ilə uduzmuşdu.

Qeyd edək ki, bu iki komanda UEFA turnirləri çərçivəsində indiyədək 7 dəfə qarşılaşıb. Hər iki tərəfin aktivində 2 qələbə var, 3 görüş isə heç-heçə başa çatıb.

Final qarşılaşması:

  • Tarix: 30 may
  • Saat: 20:00
  • Komandalar: PSJ (Fransa) - "Arsenal" (İngiltərə)
  • Baş hakim: Daniel Zibert (Almaniya)

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…