Əsas məzmuna keç

Ali Məhkəmə Plenumunun iclası keçirilib

Ali Məhkəmə Plenumunun iclası keçirilib

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilib. İclasda “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq...

Respublikası Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilib. İclasda “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərar layihəsi müzakirəyə çıxarılıb və qərar qəbul edilib.

Məhkəmənin xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM" məlumata görə, iclasda eyni zamanda, vahid məhkəmə təcrübəsinin tətbiqinin təmin olunması üzrə təkliflər dinlənilib, 2022-ci ildə və 2023-cü ilin birinci yarısında kassasiya qaydasında təkrar baxılmış işlər barədə məlumat verilib.

Sonra Plenumda “Azərbaycan Respublikasının Ali Məhkəməsi yanında Elmi-məsləhət şurası”nın tərkibində dəyişiklik edilməsi məsələsinə baxılıb və qərar qəbul edilib. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Bülleteni”nin redaksiya heyəti təsdiq olunub.

Plenumda, həmçinin konkret işlərə baxılıb.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…