Avropa İttifaqı (Aİ) ukraynalı qaçqınların repatriasiyası üçün plan hazırlamağa başlayacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Politico" mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, bölgə ictimaiyyəti Ukraynadan olan qaçqınların qəbulu proqramını 2027-ci ilin martına qədər uzatmağı planlaşdırır. Lakin, eyni zamanda, Brüssel hərbi əməliyyatlar başa çatdıqdan sonra insanların tədricən öz evlərinə qayıtması üçün mexanizm yaradacaq.