Əsas məzmuna keç

Aİ-nin Ukraynaya hərbi yardımı faktiki olaraq dayandırılıb - Borrell

Aİ-nin Ukraynaya hərbi yardımı faktiki olaraq dayandırılıb - Borrell

bu barədə Avropa diplomatiyasının keçmiş rəhbəri Cosep Borrell "EUObserver"ə müsahibəsində bildirib. Borrell qeyd edib ki, onun vəzifəsindən getdiyi...

Avropa İttifaqının (Aİ) Ukraynaya olaraq dondurulub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Avropa diplomatiyasının keçmiş rəhbəri Cosep "EUObserver"ə müsahibəsində bildirib.

Borrell qeyd edib ki, onun vəzifəsindən getdiyi dövrdən bəri Ukraynaya Avropa İttifaqından heç bir hərbi yardım göstərilməyib.

“Avropa Fondunda Macarıstanın blokadası səbəbindən 6,6 milyard avro qalır. İndi hər şey ikitərəfli əsasda həyata keçirilir,” - o deyib.

Keçmiş diplomat əlavə edib ki, Rusiyaya qarşı yeni sanksiyaların təsdiqlənməsi də oxşar çətinliklərlə üzləşib.

“Əgər Macarıstan sanksiyaların uzadılmasına veto qoyarsa, onları uzatmaq mümkün olmayacaq. Biz çıxılmaz vəziyyətdəyik,” - Borrell vurğulayıb.

Qeyd edək ki, 2024-cü ildən bəri Macarıstan Avropa Sülh Fondundan Kiyevə ayrılan 6,6 milyard avro dəyərində silah yardımının blokadasını davam etdirir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…