Operativ Məlumat Mərkəzi

Aİ Komissiyası Qəzzanın yenidən qurulması üçün ianə platforması yaradacaq

1 dəq
Paylaş:
Aİ Komissiyası Qəzzanın yenidən qurulması üçün ianə platforması yaradacaq
bu barədə  xarici KİV məlumat yayıb. Suica Aİ-nin Fələstin rəhbərliyinə dəstək üçün “iqtisadi islahat paketi” hazırladığını və paketin detallarının bu...

Avropa İttifaqının (Aİ) Aralıq dənizindən məsul komissarı Dubravka Suica Qəzzanın yenidən qurulması üçün lazım olan maliyyəni toplamaq üçün ianə platforması təşəbbüsü başladacaqlarını açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Suica Aİ-nin Fələstin rəhbərliyinə dəstək üçün “iqtisadi islahat paketi” hazırladığını və paketin detallarının bu gün Fələstin Baş naziri Məhəmməd Mustafa ilə görüşdən sonra açıqlanacağını bildirib.

Suica qeyd edib ki, fələstinlilərə yardım göstərilməli olduğu halda, ələ keçirdiyi Fələstinin vergi gəlirlərinin sərbəst buraxılması üçün İsrailə siyasi təzyiq də göstərilməlidir.

Qəzzanın yenidən qurulması üçün məsuliyyət daşımağa hazır olduqlarını ifadə edən Suica, atəşkəsin bərpasının səylərin davam etdirilməsi üçün ilkin şərt olduğunu bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər