Operativ Məlumat Mərkəzi

Aİ ABŞ ilə ticarət qarşıdurmasına hazırlaşır

1 dəq
Paylaş:
Aİ ABŞ ilə ticarət qarşıdurmasına hazırlaşır
Avropa İttifaqı (Aİ) cavab rüsumlarının tətbiq oluna biləcəyi 21 milyard avro dəyərində Amerika mallarının siyahısını hazırlayıb. "Operativ Məlumat...

Avropa İttifaqı (Aİ) cavab rüsumlarının tətbiq oluna biləcəyi 21 milyard avro dəyərində Amerika mallarının siyahısını hazırlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bunu İtaliyanın xarici işlər naziri Antonio Tajani deyib.

Onun sözlərinə görə, Vaşinqtonla razılıq əldə olunmasa, Aİ təkcə bu tarifləri deyil, həm də ABŞ-dan gələn məhsullara əlavə məhdudiyyətlər tətbiq edə bilər.

Tajani vurğulayıb ki, Avropa İttifaqı beynəlxalq ticarətdə “sıfır tariflər” kursuna sadiqdir, lakin öz maraqlarını müdafiə etməyə hazırdır.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bundan əvvəl avqustun 1-dən etibarən Aİ və Meksikadan idxal olunan mallara 30%-lik gömrük rüsumunun tətbiq ediləcəyini açıqlamışdı.

Bu xəbəri paylaş

Oxşar xəbərlər