Əsas məzmuna keç

ABŞ vitse-prezidentinin kortejinə artilleriya mərmisinin qəlpəsi dəyib

ABŞ vitse-prezidentinin kortejinə artilleriya mərmisinin qəlpəsi dəyib

tədbir zamanı artilleriyadan havaya atəş açılan zaman mərmilərdən biri vaxtından tez partlayıb. Mərminin qəlpələri mərasimdə iştirak edən ABŞ...

ABŞ Dəniz Piyadaları Korpusunun 250 illik yubileyinin qeyd olunması zamanı baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" ABŞ mediasına istinadən xəbər verir ki, tədbir zamanı artilleriyadan havaya atəş açılan zaman mərmilərdən biri vaxtından tez partlayıb.

Mərminin qəlpələri mərasimdə iştirak edən ABŞ vitse-prezidenti Ceyms Devid Vensin kortejində olan maşının üzərinə düşüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

İnsidentin baş verdiyi “İnterstate 5” yolu Magistral Yol Patrul tərəfindən bağlanıb.

Kaliforniya qubernatoru Qeyvin Nyusom hərəkətin sıx olduğu magistral yolun üzərindən artilleriya atəşinin açılmasını “təhlükəli” adlandırıb.

ABŞ vitse-prezidentinin ofisi isə, qubernatorun sözlərini tənqid edib və yubiley mərasimin tamamilə tədbirlərinə uyğun olaraq təşkil olunduğunu bildirərək, mərasimin keçirilməsinə haqq qazandırıb.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…