Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen ABŞ-nin Kiyevə “təzminat krediti” verilməsi planları barədə məlumatlandırıldığını və bu variantın Vaşinqton tərəfindən dəstəkləndiyini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
“Bəli, biz ABŞ administrasiyasını məlumatlandırdıq. Məsələn, mən ABŞ-nin maliyyə naziri Skott Bessentlə danışdım və planlarımız çərçivəsində ‘Təzminat krediti’ sistemini hazırlayacağımızı bildirdim. Bu, müsbət qarşılandı”, - o bildirib.