Ukrayna Silahlı Qüvvələrinin (AFU) Kursk vilayəti ərazisinə hücumu Kiyev tərəfindən ötən həftə qəfil hərbi əməliyyatların başlamasından bir müddət əvvəl hazırlanırdı.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, "Bloomberg" bu barədə adının gizli qalmasını istəyən Qərb rəsmisinə istinadən yazır.
Agentliyin həmsöhbətinin sözlərinə görə, Ukrayna Rusiya ərazisinə hücum etməzdən əvvəl Rusiya rəhbərliyini “şoka sala” və Vladimir Putini “geri çəkilməyə” məcbur edə biləcək hücumun müxtəlif variantlarını nəzərdən keçirirdi. Mənbə izah edib ki, Kiyev öz planları ilə bağlı konkret məlumatları Qərb ölkələri ilə bölüşmür.
Digər həmsöhbət deyib ki, Ukraynanın NATO müttəfiqləri Kursk vilayətinin Ukrayna Silahlı Qüvvələri tərəfindən işğalına şübhə etmirlər, lakin işğal etdikləri əraziyə onların nəzarəti altında qalmasını çətin hesab edirlər.