Əsas məzmuna keç

ABŞ Suriyaya qarşı sanksiyaları dayandıracaq

ABŞ Suriyaya qarşı sanksiyaları dayandıracaq

bu barədə ABŞ Prezidenti Donald Tramp Ər-Riyadda keçirilən Səudiyyə Ərəbistanı-Amerika investisiya forumunda çıxışı zamanı bildirib. “Dövlət katibi Marko...

ABŞ Suriyaya qarşı sanksiyalardan istifadəni dayandıracaq ki, bu ölkənin sülh şansı olsun.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ər-Riyadda keçirilən Səudiyyə Ərəbistanı-Amerika investisiya forumunda çıxışı zamanı bildirib.

Marko Rubionun bu həftənin sonunda Türkiyədə Suriyanın yeni naziri Əsəd əş-Şibani ilə görüşəcəyini elan etməkdən çox məmnunam. Ən önəmlisi, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman əl-Səud, eləcə də Prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriyadakı vəziyyəti müzakirə etdikdən sonra Suriyaya qarşı sanksiyaların dayandırılmasına tapşırıq verəcəyəm. Onlara sülhə nail olmaq şansı vermək lazımdır”, - Tramp deyib.

O, Suriyanın yeni hökumətinin ölkədə vəziyyəti sabitləşdirə biləcəyinə ümid etdiyini vurğulayıb.

“Bu qədər pis şeylərin və ölümün baş verdiyi Suriyada yeni hökumət formalaşıb ki, biz hamımız onların ölkədəki vəziyyəti sabitləşdirə və sülhü qoruya biləcəyinə ümid edirik. Administrasiyam Livana və qonşuları ilə sülh yaratmağa kömək etməyə hazırdır”, - başçısının bəyanatında deyilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…