Operativ Məlumat Mərkəzi

"ABŞ İranı hədəf almaq üçün "Tramp marşrutundan" istifadə edə bilər"

2 dəq
Paylaş:
"ABŞ İranı hədəf almaq üçün "Tramp marşrutundan" istifadə edə bilər"
bunu İranın Ermənistandakı səfiri Xəlil Şirqolami mətbuat konfransında bildirib.Səfir qeyd edib ki, İran tərəfi narahatlıqlarını erməni tərəfdaşlarına...

İran ABŞ-nin İslam Respublikasına qarşı mümkün hərəkətlərində “Tramp yolu”ndan istifadə edə biləcəyindən narahatdır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Xəlil Şirqolami mətbuat konfransında bildirib.

Səfir qeyd edib ki, İran tərəfi narahatlıqlarını erməni tərəfdaşlarına çatdırıb və Ermənistan tərəfi onlara İrana heç vaxt təhlükə yaratmayacağına dair əminlik verib.

Şirqolami əlavə edib: “Biz də öz növbəmizdə erməni tərəfdaşlarımıza onlara etibar etdiyimizi bildirmişik. Lakin biz potensial olaraq İrana qarşı tədbir görə biləcək ABŞ ilə işləyirik”.

Bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyi Trampın Beynəlxalq Sülh və Rifah Yolu (TRIPP) layihəsinin həyata keçirilməsi prosedurlarını müəyyən edən sənədi dərc etmişdi. Sənəd Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio arasında Vaşinqtonda keçirilən görüşdən sonra təqdim olunub.

Şirqolami bildirib ki, layihənin əhatə dairəsini daha yaxşı başa düşmək üçün Yerevanla müntəzəm müzakirələr aparmaq barədə razılığa gəlinib. O, əlavə edib ki, Ermənistan-İran münasibətləri strateji xarakter daşıyır və heç bir məsələ bu əlaqələri təhlükə altına qoymamalıdır. Səfir həmçinin İran tərəfinin narahatlıqlarının zamanla aradan qalxacağına ümid etdiyini bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər