ABŞ Müdafiə Nazirliyi Şərqi Avropadan 10 minə qədər hərbçini çıxarmağı düşünür.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "NBC" televiziyası Amerika və Avropa rəsmilərinə istinadən məlumat yayıb.
Geri göndərilə biləcək əsgərlərin 2022-ci ildə ABŞ-ın əvvəlki administrasiyası tərəfindən Ukrayna sərhədindəki ölkələrə göndərilən 20 min əsgər arasında olduğu bildirilib.