Operativ Məlumat Mərkəzi

ABŞ İstanbul danışıqlarını Rusiyanın taktiki qələbəsi adlandırır

1 dəq
Paylaş:
ABŞ İstanbul danışıqlarını Rusiyanın taktiki qələbəsi adlandırır

Ukrayna nizamlanması üzrə danışıqların iki raundunun hərbi əməliyyatlar dayandırılmadan baş tutmasını Moskvanın taktiki qələbəsi adlandırmaq olar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Amerikanın New York Times (NYT) qəzeti yazır.

“Ukraynanın və onu dəstəkləyən demək olar ki, bütün Qərb ölkələrinin danışıqlara başlamaq üçün şərt kimi israr etdiyi atəşkəsi qəbul etmədən danışıqlara başlamağa nail olan Putin üçün bu danışıqlar taktiki qələbə idi”,- deyə məqalədə qeyd olunub.

Nəşr onu da qeyd edib ki, tərəflər bir araya sığmayan atəşkəs şərtlərini irəli sürdükləri üçün danışıqların ikinci raundu ilə bağlı gözləntilər aşağı olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər