Operativ Məlumat Mərkəzi

ABŞ-də yanğınlardan dəyən zərər 150 milyard dollar təşkil edə bilər

1 dəq
Paylaş:
ABŞ-də yanğınlardan dəyən zərər 150 milyard dollar təşkil edə bilər
bu barədə “AccuWeather” konsaltinq şirkətinin nümayəndəsi Bill Veydell məlumat verib. "AccuWeather” Cənubi Kaliforniyada meşə yanğınları nəticəsində...

Kaliforniyanın cənubundakı meşə yanğınlarından dəyən iqtisadi zərər 135-150 milyard dollar təşkil edə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə “AccuWeather” konsaltinq şirkətinin nümayəndəsi Bill Veydell məlumat verib.

"AccuWeather” Cənubi Kaliforniyada meşə yanğınları nəticəsində ümumi zərər və iqtisadi itkilərlə bağlı ilkin qiymətləndirməsini 135-150 milyard dollara qədər artırıb", - o bildirib.

Məlumata görə, şirkət daha əvvəl dəymiş ziyanı 52-57 milyard dollar qiymətləndirib.

“AccuWeather” nümayəndəsinin sözlərinə görə, şirkətin meteoroloqları gələn həftə də regionda güclü küləyin və meşə yanğınları təhlükəsinin davam edəcəyini proqnozlaşdırır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər