Əsas məzmuna keç

Zərdabda yol təmirinə 2 milyon manat ayrılıb

Zərdabda yol təmirinə 2 milyon manat ayrılıb

Prezident İlham Əliyev bununla Sərəncam imzalayıb.Maliyyə Nazirliyinə Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, İqtisadiyyat Nazirliyinə...

Zərdab rayonunun Zərdab–Məlikumudlu–Çallı–Salahlı–Hüseynxanlı–Xanməmmədli yolunun əsaslı təmiri ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) 2 milyon manatı ayrılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İlham Əliyev bununla imzalayıb.

Maliyyə Nazirliyinə Sərəncamda məbləğdə maliyyələşməni təmin etmək, İqtisadiyyat Nazirliyinə Sərəncamda göstərilən avtomobil yolunun əsaslı təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmaq tapşırılıb.

Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək həvalə edilib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…