Operativ Məlumat Mərkəzi

Zaxarova: "Vacib olan Bakı və İrəvanı eşitməkdir"

2 dəq
Paylaş:
Zaxarova: "Vacib olan Bakı və İrəvanı eşitməkdir"

Heç vaxt nizamlanmada vasitəçi olmayanları, prosesə əlavə dəyər qatmayanları, praktiki nəticələrə nail olmayanları eşitmək çox vacib deyil. Vacib olan Bakı və İrəvanı eşitməkdir.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Avropa İttifaqının Ermənistandakı missiyasının rəhbəri Markus Ritterin bəyanatını şərh edərkən bildirib.

Onun sözlərinə görə, iki eşitmək , dinləmək və onların marağında hərəkət etmək lazımdır:

"Bəli, biz yaxşı başa düşürük ki, iki tərəfin fərqli, bəzən bir-birinə diametral şəkildə zidd mövqeyi olur. Bununla belə, biz tərəflərin razılaşa biləcəyi şeyləri qeydə alırıq. Başlıcası onlara razılaşma bazası əsasında müvafiq atmosferi yaratmaqdır".

Mariya Zaxarova Avropa İttifaqının bunun əskini etdiyini söyləyib:

"Bu bəyanatlar bizim daha əvvəl Avropa İttifaqının qeyd olunan regionda destruktiv niyyəti və faəliyyəti ilə bağlı gəldiyimiz nəticələri təsdiq edir. Açıq-aydındır ki, Brüssel arasında etibar qurulmasında və mövqelərin yaxınlaşmasında maraqlı deyil".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax