Operativ Məlumat Mərkəzi

“Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğuna mediatur təşkil edilib

2 dəq
Paylaş:
“Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğuna mediatur təşkil edilib

Dekabrın 3-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə media nümayəndələrinin Şəki şəhərində Baş” Milli Tarix- Qoruğu ərazisinə səfəri olunub.

"Operativ Məlumat Mərkəzi-OMM"-in Şəkiyə ezam olunmuş müxbiri xəbər verir ki, səfər çərçivəsində buradakı abidələr, maddi-mədəniyyət nümunələri, eyni zamanda Şəki Xan sarayı barədə ətraflı məlumat verilib.

Bildirilib ki, 2019-cu ilin iyulunda Bakıda keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” Ümumdünya İrs Siyahısına daxil edilib.

Məlumat verilib ki, Xan Sarayı XVIII əsrə aid nadir tarixi-memarlıq abidəsidir. Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xan Müştağın dövründə, 1761-1762-ci illərdə inşa edilən bu bənzərsiz sarayın tikintisində mismar və yapışqandan istifadə olunmayıb.

Diqqətə çatdırılıb ki, Dövlət Turizm Agentliyinin tabeliyindəki qoruqlarda, o cümlədən “Yuxarı Baş” qoruğunda tarix, mədəniyyət və təbiət abidələrinin, maddi-mədəni irsin qorunması ilə yanaşı, ərazinin turistlər üçün daha maraqlı məkana çevrilməsi üçün cari bərpa və yenidənqurma işləri görülür. Bu işlərin davamı kimi, hazırda Dairəvi Məbəddə bərpa işləri həyata keçirilir.

Mediatur zamanı jurnalistlər sahibkar Sevinc Bayramovaya məxsus “Süsən” istehsalat müəssisəsində də olublar. Media mənsublarına “Süsən” brendi ilə istehsal olunan kəlağayılar, onların çeşidi, daxili və xarici bazarda tələbat, turistlərin bu məhsul növünə marağı barədə məlumat verilib.

Səfər müddətində media nümayəndələrinin sualları ətraflı cavablandırılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Turizm

Hamısına bax