Əsas məzmuna keç

Yunanistanı sərt tənqid etdilər

Yunanistanı sərt tənqid etdilər

bununla bağlı xarici KİV məlumat yayıb. Bildirilib ki, Ana müxalifət partiyası "Panhellenik Sosialist Hərəkatı" (PASOK), "Radikal Sol Alyans" (SYRIZA) və...

Yunanıstanın ötən gün Londonda keçirilən sammitində iştirak etməməsi ölkənin partiyaları tərəfindən “uğursuzluq” kimi tənqid edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Ana müxalifət partiyası "Panhellenik Sosialist Hərəkatı" (PASOK), "Radikal Sol Alyans" (SYRIZA) və "Yeni Sol" hökumətin xarici siyasətini qeyri-adekvat və səmərəsiz olmaqda ittiham edib.

PASOK-un Xarici Siyasət Sözçüsü Dimitris Mancos və Avropa İşləri katibi Nikola Papazoğlunun birgə bəyanatında Yunanıstanın Avropanın arxitekturasına dair mühüm danışıqlara qatılmamasının “narahatedici” bildirilib.

Açıqlamada ölkənin Parisdə keçirilən sammitə qatılmadığı xatırladılıb və Yunanıstanın arenada daha fəal rol oynaması lazım olduğu vurğulanıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…