Operativ Məlumat Mərkəzi

Yeni Zelandiya HƏMAS-ı terror təşkilatı siyahısına salıb

2 dəq
Paylaş:
Yeni Zelandiya HƏMAS-ı terror təşkilatı siyahısına salıb

Yeni Zelandiya hakimiyyəti Fələstinin hərəkatının siyasi qanadını təşkilatları siyahısına əlavə edib.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə Yeni Zelandiyanın Kristofer Lakson və naziri Uinston Petersinin birgə bəyanatında qeyd olunub.

Bildirilib ki, Yeni Zelandiya HƏMAS-ın hərbi qanadını 2010-cu ildə terror təşkilatı siyahısına salıb, lakin hərəkatın 2023-cü il oktyabrın 7-də İsrailə hücumundan sonra hərəkatın hərbi və siyasi qanadları arasında fərq qoymur.

“Bu hərəkat dəhşətli terror aktlarına görə məsuliyyət daşıyır”, - bəyanatda vurğulanıb.

Yeni Zelandiya qanunlarına əsasən, bu ölkədəki terror təşkilatının bütün aktivləri dondurulur. Bu cür aktivlərlə hər hansı və təşkilata hər hansı maddi dəstək cinayət məsuliyyəti hesab olunur.

HƏMAS Avstraliya, Böyük Britaniya, Aİ, İsrail, Kanada, ABŞ və Yaponiyada da terror təşkilatı siyahısına salınıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax