Əsas məzmuna keç

Çexiya Ukraynaya hərbi dəstəyi azalda bilər

Çexiya Ukraynaya hərbi dəstəyi azalda bilər

bunu “Patriotlar” fraksiyasından olan Avropa Parlamentinin (AP) keçmiş üzvü Filip Turek “Politico” ya müsahibəsində deyib. "Yeni hökumət  NATO...

Ukraynanın ən sadiq müttəfiqlərindən biri olan Çexiya gələcək Andrey Babiş tərəfindən qurulan yeni hökumətin hakimiyyətə gəlməsi ilə Kiyevə dəstəyini azalda bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu “Patriotlar” fraksiyasından olan Avropa Parlamentinin (AP) keçmiş üzvü Filip Turek “Politico” ya müsahibəsində deyib.

"Yeni hökumət öhdəliklərinə və beynəlxalq hüquqa riayət edəcək. Lakin o, Ukraynadakı müharibəni dayandırmaq və Avropada münaqişə risklərini azaltmaq üçün diplomatik səylərə üstünlük verəcək, dövlət tərəfindən maliyyələşdirilən hərbi yardımdan humanitar dəstəyə və diqqəti Çexiyanın təhlükəsizlik ehtiyaclarına yönəldəcək", - naziri vəzifəsinə namizəd hesab edilən Turek bildirib.

Siyasətçinin sözlərinə görə, Moskva ilə bağlı dərhal dəyişiklik planlaşdırılmır, lakin “suverenlik və müdaxilə etməməyə daha geniş vurğu maraqlara əsaslanan ehtiyatlı yanaşmadan xəbər verir”.

Onun vurğulayıb ki, prioritet "Çexiyanın təhlükəsizliyinə və ya iqtisadi sabitliyinə təhlükə yarada biləcək eskalasiyanın qarşısını almaq" olacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…